İbrahim Tatlısəsə cəza kəsildibackend

İbrahim Tatlısəsə cəza kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsə məhkəmə qərarı ilə pul cəzası kəsilib. İnterpress.az xəbər verir ki, hakim Həbibə Aslan və qızı vəkil Əsli Aslana böhtan atmaq ittihamı ilə 4 ilə qədər həbsi tələb edilən İbrahim Tatlısəs 10 min lirə (3550 manat) məbləğində mənəvi təzminat ödəməyə məhkum edilib.

Qərara görə, Tatlısəs ana və qızına ayrı-ayrılqıda 5 min lirə ödəməli olacaq.

Qeyd edək ki, hakim Həbibə Aslan və qızı hüquqşünas Əsli Aslan məhkəməyə müraciət edərək, müğənninin \”Twitter\”də onların barəsində böhtan xarakterli qeydlər paylaşdığını bildirib və Tatlısəsin 4 ilə qədər həbsini, üstəlik 100 min lirə mənəvi təzminat ödəməsini tələb ediblər. Məhkəmə həbs tələbini rədd etməklə yanaşı, təzminatın məbləğini də 10 min lirə səviyyəsində müəyyənləşdirib. (sputnik.az)

İnterpress.az