İrşad Elektronics-dən böyük saxtakarlıq – İDDİAbackend

İrşad Elektronics-dən böyük saxtakarlıq – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya çempionatında Fransa-Xorvatiya oyunu zamanı hansı ölkənin qalib olacağı ilə bağlı sorğu keçirən “İrşad Elektronics” tanınmış teleaparıcı Tural Ozanın qəzəbinə tuş gəlib. Belə ki, aparıcı qalib olduğu təqdirdə sözügedən şirkətin onu qalib elan etməməsinə görə sərt tənqidə əl atıb.

İnterpress.az xəbər verir ki, bu barədə T.Ozan özü məlumat verib.

O, “İrşad Elektronics”i fırıldaqçılıqda ittiham edib: “Deməli, “İrşad Electronics” müsabiqə elan edib, Fransa Xorvatiya oyununu kim düzgün tapsa, qalibə telefon verilir. 11 min şərhin arasında hamıdan birinci, özü də oyundan bir gün əvvəl 4-2 hesabını yazmışam. Şərtləri də odur ki, hesabı yazıb səhifəndə paylasmalısan. İndi bunlar mənə bəhanə edir ki, ən birinci yazmısız, hesabı da düzgün tapmısız, səhifənizdə də paylaşmısız. Amma gərək paylaşmadan əvvəl girib feysbuk profilinizin nastroykasını dəyişib təkcə “dostlar” yox, “hamı” üçün edəydiniz. Bu, kampaniya yoxe, Kampot oldu. Yox, bir girib feysbuk adını Tural Elektrik edəydin, sonra paylaşaydın. Əgər, fırıldaq olacaqsa, etməyin də bunu. Sizə yazdığıma Topaza yazsaydım indi Maldivdə günəşlənirdim”.İrşad Elektronics-dən böyük saxtakarlıq - İDDİAT.Ozan iddia edir ki, şirkət izləyicilərə paylaşılan postun auditoriyası barədə əvvəlcədən məlumat verməyib. Eyni zamanda, şirkətin elan etdiyi qaydalar arasında bu barədə də heç bir məlumat yoxdur.

Qaydalarda deyilir ki, kampaniya 15 iyul 19:00-dək davam edir. 1 şəxs yalnız 1 hesab yaza bilər. Hesab redaktə olunmamalıdır. Post şəxsi səhifədə paylaşılmaldır. Hesabı doğru təyin edən 1 nəfərdən çox olduğu təqdirdə qalib təsadüfi (\”RANDOM\”) seçimlə elan olunacaq.

Ən maraqlısı odur ki, “İrşad Elektronics”in rəsmi feysbuk hesabında sorğunun qaydalarından bəhs edən status özü də paylaşıldıqdan bir müddət sonra redaktə olunub.
Məsələ ilə əlaqədar olaraq, şirkətlə əlaqə saxladıq. Şirkətin özünü təqdim etməyən əməkdaşı aparıcının fikrini qəti şəkildə rədd edərək onun iddiasının əsassız olduğunu bildirdi. Bununla yanaşı, şirkət rəsmisi “İrşad Elektronics”in bu barədə rəsmi mövqeyini bildirmək istəmədi.

Qeyd edək ki, T.Ozan ən son \”Space\”də \”Görüş yeri\” verilişinin aparıcısı olub.

Onu da qeyd edək ki, “İrşad Electronics” Dünya Çempionatının final matçının hesabını doğru təyin etdiyi iddia olunan qalmaqallı izləyicini mundialın rəsmi sponsoru olan Vivo brendinin V9 modeli ilə mükafatlandırıb.

İnterpress.az