Daha bir qız özünü binadan atdı - Yasamalda günün ikinci dəhşəti - VİDEO -YENİLƏNİB

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Hadisə   Video  

Daha bir qız özünü binadan atdı - Yasamalda günün ikinci dəhşəti - VİDEO -YENİLƏNİB

Yasamalda günün ikinci dəhşətli hadisəsi qeydə alınıb.

Dərc edilib: 17 iyul 2018 [21:07]
Baxış sayı: 91957

Yasamal rayonunda 17 mərtəbəli binanın 13-cü mərtəbəsində pəncərə silərkən yerə yıxılıb dünyasını dəyişən qadın haqqında yeni məlumatlar əldə olunub.

İnterpress.az-ın əldə etdiyi məlimata görə, həmin qadın 2001-ci il təvəllüdlü Ağayeva Tünzalə Əliş qızıdır. Əslən İmişli rayonundan olan T.Ağayeva Rəssamlıq Akademiyasının birinci kurs tələbəsi olub.

Onun meyiti Məhkəmə Tibbi Ekpertizada müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Onun cənazəsi dəfn olunması üçün doğulduğu İmişli rayonuna aparılıb.

*** 19:00

Yasamal rayonunda gənc qız yaşadığı binanın eyvanından yerə yıxılıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib. Şahidlərin verdiyi məlumata görə, hadisə saat 15:30 radələrində baş verib.

Belə ki, 17 mərtəbəli binanın 13-cü mərtəbəsində pəncərəni silən 19 yaşlı qadın ehtiyyatsızlıqdan yerə yıxılıb.

Hələlik adı məlum olmayan qadın hadisə yerindəcə keçinib.

Qeyd edək ki, Bakının Yasamal rayonunda səhər saatlarında daha bir dəhşətli intihar hadisəsi baş verib. Şəxsiyyəti bəlli olmayan qadın özünü Yeni Yasamal ərazisində yerləşən, "Şərur" MTK-ya məxsus binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.

Səid Qərib
İnterpress.az












Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 54