Barak Obama qohumlarının yanına getdi, nənəsi ilə rəqs etdi – VİDEObackend

Barak Obama qohumlarının yanına getdi, nənəsi ilə rəqs etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

56 yaşlı Barak Obama atasının doğulduğu Koqelo kəndində əmisi qızı Auma Obamanın təşəbbüsü ilə yaradılan Gənclər Mərkəzinin (Sauti Kuu Youth Center) təntənəli açılışında iştirak edib.

Daha sonra o, 96 yaşlı nənəsi Saraya baş çəkib və onunla rəqs də edib. Sara Obama ABŞ-ın sabiq prezidentinin babası Hüseyn Onyanqo Obamanın üçüncü arvadıdır.

Barak Obamanın xanımı Mişel ilə qızları Saşa və Maliya Parisdədir.

Keniyada ölkə prezidenti ilə görüşəndən sonra Barak Obama Cənubi Afrika Respublikasına yollanıb. Burada o, CAR-ın mərhum prezidenti Nelson Mandelanın 100 illik yubileyi ilə bağlı tədbirə qatılacaq, nitq söyləyəcək. (milli.az)

İnterpress.az