Avropa Azərbaycanlılar Konqresinin prezidenti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmi şəxsləri ilə görüşübbackend

Avropa Azərbaycanlılar Konqresinin prezidenti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmi şəxsləri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik Luis Qastuera Novella ilə görüş keçirilib. Tərəflər regional separatizm problemi ilə üzləşmiş iki dövlətin oxşar talelərini vurğulayıblar. S.Qasımov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fərqləndirici xüsusiyyətini qeyd edib və bildirib ki, qonşu dövlət Azərbaycanın suveren ərazisinin bir hissəsini işğal edib. Bu baxımdan, Kataloniya böhranı Madriddəki mərkəzi hökumət ilə separatist Kataloniya arasında tipik dövlətdaxili münaqişədir, Qarabağda isə bir ölkənin (Ermənistanın) digər ölkəyə (Azərbaycana) qarşı aşkar ifadə olunmuş təcavüzü ilə fərqlənən dövlətlərarası münaqişədən söhbət gedir. Təcavüzkar Ermənistan dövləti özünün guya bu münaqişədən uzaq olmasını sübut etməyə və işğal olunmuş regiondakı oyuncaq rejimi münaqişə tərəfinin “oyunçusu” kimi irəli verməyə çalışır. Pireney yarımadasında Kataloniya məhz belə oyunçudur. Buna görə də həmin iki münaqişə arasında paralellərlə bərabər prinsipial fərqlər də mövcuddur. İspaniyanın Kataloniya regionunun hərbi idarəsinin başçısı bu arqument ilə razılaşaraq qeyd edib ki, hər iki halda dövlətin ərazi bütövlüyü toxunulmaz olmalıdır.

Avropa Azərbaycanlılar Konqresinin prezidenti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmi şəxsləri ilə görüşüb

Sonra Kataloniya Ali Məhkəməsinin sədri Antonio Rekio Kordova ilə görüş olub. Bu görüşdə də tərəflər beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipinin aliliyi bir daha vurğulayıblar. Kordova başçılıq etdiyi idarənin işi barədə azərbaycanlı qonaqlara məlumat verib və onlar üçün Ali Məhkəmənin tarixi binasına ekskursiya keçirib.

Avropa Azərbaycanlılar Konqresinin prezidenti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmi şəxsləri ilə görüşüb

Kataloniya Muxtariyyətinin baş prokuroru Fransisko Baneres Santos ilə görüşdə sesessiyalı münaqişələrin tənzimlənməsində konstitusiyanın və qanunun aliliyi qeyd edilib. Prokuror bildirib ki, yaxın vaxtlarda erməni mafiyasının üzvlərinin tutulub saxlanması üçün əməliyyat keçirilib. Bir gün ərazində Kataloniyanın erməni mənşəli 142 sakini həbs edilib. Ən müxtəlif, o cümlədən ağır cinayətlər törədilməsində ittiham edilən bu sakinlər İspaniya Femidası qarşısında cavab verəcəklər.

Avropa Azərbaycanlılar Konqresinin prezidenti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmi şəxsləri ilə görüşüb

Hər üç görüşdə qonaqlar öz müsahiblərinə xatirə hədiyyələri – coğrafi baxımdan Kataloniyadan uzaq, lakin onunla oxşar taleli Azərbaycanın mədəniyyəti barədə Heydər Əliyev Fondunun nəşrlərini təqdim ediblər.

İnterpress.az