Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Polşadan Putin-Tramp görüşünə gözlənilməz reaksiya

“Rusiyanın aqressiv siyasəti hələ bitməyib”

Dərc edilib: 17 iyul 2018 [23:01]
Baxış sayı: 14133

Rusiyanın aqressiv siyasətinə görə NATO-nun şərq cinahını möhkəmləndirmək lazımdır.

İnterpress.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetskiy bu gün Varşavada keçirdiyi brifinqdə bildirib.

Mətbuat konfransı zamanı Moravetskiyə ötən gün Helsinkidə baş tutan Rusiya və ABŞ prezidentlərinin görüşü barədə sual verilib.

"NATO-nun şərq cinahı gücləndirilməlidir, çünki Rusiyanın aqressiv siyasəti hələ bitməyib. Bu təcavüz azalmır, prezident Tramp da bu qənaətə gəlib" — deyə Polşa baş naziri bildirib.

Qeyd edək ki, dünən Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında təkbətək görüşü olub. Görüşü planlaşdırılandan artıq — 2 saat 10 dəqiqə çəkib. Danışıqlarda Rusiya və ABŞ prezidentlərinin iki ölkə arasındakı münasibətlərin perspektivlərini və aktual beynəlxalq məsələləri müzakirə etdikləri bildirilir. Görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. (sputnik.az)

İnterpress.az








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 46