Jurnalistlər üçün üçüncü binanın təhvil veriləcəyi tarix açıqlandıbackend

Jurnalistlər üçün üçüncü binanın təhvil veriləcəyi tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalistlər üçün inşa edilən növbəti binanın istiafdə veriləcəyi tarix açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli deyib.

V.Səfərli bildirib ki, 2017-ci ildə jurnalistlər üçün təməli qoyulan 3-cü binanın tikintisi davam etdirilir. Onun sözlərinə görə, hazırda binanın 3-cü mərtəbəsinin inşası yekunlaşmaq üzrədir.

“16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq. Bina 2020-ci ilin iyul ayında jurnalistlərin istifadəsinə veriləcək”, – deyə, V.Səfərli vurğulayıb.

İnterpress.az