Azərbaycanlı polkovnik Xorvatiya prezidentinə şeir həsr etdibackend

Azərbaycanlı polkovnik Xorvatiya prezidentinə şeir həsr etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxda yaşayan 66 yaşlı həmyerlimiz Sadəddin Həsənli adlı şəxs Xorvatiya prezidentinə şeir həsr edib.

İnterpress.az azxəbər.com-a istinadən xəbər verir ki, vətəndaş Dünya çempionatı zamanı Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçə vurulduğunu deyib.

İxtisasca həkim olan vətəndaş həmçinin ehtiyatda olan polkovnik olduğunu deyib.

Xanım Kolindaya həsr edilən şeiri təqdim edirik:

Tellərində ilandımı qıvrılan,
Gözlərində sevgidimi odlanan,
Göy koftada lalədimi allanan,
Gözəl ruhlu, gözəl üzlü prezident

Beləsini verə Allah verəndə
Sənə yüz səs verər, hər qanan bəndə
Gör, nələr yerləşib bircə bədəndə,
Şux qamətli, durnagözlü prezident,

Dünyada ən güclü \”silah\” səndədir
Bütün planetlər, Allah səndədir,
Sadəddinin canı vALLAH səndədir,
Atəşli, alovlu, gözəl gözlü prezident

İnterpress.az