Azərbaycanda 21 maliyyə müəssisəsinin lisenziyası ləğv olunubbackend

Azərbaycanda 21 maliyyə müəssisəsinin lisenziyası ləğv olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maliyyə fəaliyyəti ilə bağlı 59 yeni müəssisə və təşkilat yaradılıb, 21-nin isə lisenziyası ləğv edilib.

İnterpress.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Beləliklə, iyulun 1-nə ölkədə maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar 1 674 müəssisə və təşkilat mövcud olub. Bu da illik müqayisədə 4,6% çoxdur. Həmin qurumların 1 609-u kommersiya məqsədlidir.

İlin əvvəlinə nisbətən isə maliyyə müəssisə və təşkilatlarının sayında 2,4% artım qeydə alınıb.

Qeyd edək ki, hesabat tarixinə Azərbaycanda müəssisə və təşkilatların sayı 124 178 olub.

İnterpress.az