Qarabağ – Olimpia oyununu CANLI İZLƏbackend

Qarabağ – Olimpia oyununu CANLI İZLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzərTAc-a istinadən xəbər verir ki, turnirin birinci seçmə mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Sloveniyanın “Olimpiya” komandasını qəbul edib.

“Qarabağ”ın start heyətində Vaqner, Bədavi Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Coşğun Diniyev, Simeon Slavçev, Miçel, Abdella Zubir, Dani Kintana və Mahir Mədətov yer alıblar.

“Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Rok Kronaveter, Ştefan Saviç, Kinqsli Boatenq, Tomislav Tomiç və Daniel Avramovski çıxıblar.

Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. “Qarabağ” bu mərhələni adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.

İnterpress.az