Bakıda bu kafedə azyaşlı uşaqlara spirtli içki satılır – FOTO – AÇIQLAMAbackend

Bakıda bu kafedə azyaşlı uşaqlara spirtli içki satılır – FOTO – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da yetkinlik yaşına çatmayan uşaqlara spirtli içki və tütün məmulatlarının satışı qadağan olunub. Amma buna baxmayaraq, hələ də, marketlərdə və kafelərdə bu qadağanın pozulması hallarına rast gəlinir.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində müştərilər arasında “Taxta kafe” kimi tanınan kafedə yetkinlik yaşına çatmayan uşaqlara spirtli içki və pivə satılır.

Belə ki, Yeni Günəşli qəsəbəsində yerləşən bu kafedə azyaşlı uşaqlara spirtli içki satılmasının adi hala çevrildiyi deyilir. Məlumatda bildirilir ki, kafe rəhbərliyi tərəfindən yetkinlik yaşına yaşına çatmayan uşaqlar spirtli içki qəbul etməyə cəlb olunur.

Həmçinin, sözügedən kafedə məktəbli uşaqlara spirtli içkinin satışında endirim olduğu bildirilir.

Bakıda bu kafedə azyaşlı uşaqlara spirtli içki satılır – FOTO – AÇIQLAMAMəsələ ilə əlaqədar olaraq İnterpress.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, yetkinlik yaşına çatmayan uşaqlara spirtli içki satışı qanunla qadağan edildiyinə görə, kafe rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır: “Əlbəttə, bu kimi hallara yol verilməsini qanun qadağan edir. Ona görə də bu məsələ ilə əlaqədar olaraq, hüquq-mühafizə orqanları araşdırma aparmalıdır və əgər sübuta yetirilsə ki, sözügedən kafedə yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki satılır, o zaman kafe rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”.

F.Mustafa bu məsələdə valideynlərdən daha çox kafe rəhbərliyini günahlandırıb: “Ümumiyyətlə, yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki satılmasına mənim münasibətim birmənalı şəkildə mənfidir. Valideyni də çox vaxt qınamaq olmur, çünki insanlar özlərinə faydalı olanı hələ də anlamırlar. Ona görə bu kimi işləri həyata keçirmək kiminsə xeyrinə deyil. Bu məsələdə də uşaqların valideynlərindən daha çox kafe rəhbərliyi məsuliyyət daşıyır. Uşaq kafedə çox şey istəyər, o demək deyil ki, elə ona istədiyi hər şeyi verməlidirlər. Kafe rəhbərliyi bilməlidir ki, qanunla qadağan edilmiş hallara yol vermək olmaz. Anlamalıdır ki, yetkinlik yaşına çatmayan uşaqlara spirtli içki satışını həyata keçirmək olmaz”.

Qeyd edək ki, 2015-ci ilin may ayında Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatları satanlara qarşı cərimələr sərtləşdirilib. Qanuna edilən dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmayan uşaqlara etil (yeyinti) spirti, alkoqollu içki və tütün məmulatlarının satılmasına görə, tətbiq edilən cərimənin məbləği artırılıb. Belə hallara görə tətbiq edilən cərimənin məbləği 40 manatdan 100 manata qədər artırılıb.

Səid Qərib
İnterpress.az

Bakıda bu kafedə azyaşlı uşaqlara spirtli içki satılır – FOTO – AÇIQLAMA

Bakıda bu kafedə azyaşlı uşaqlara spirtli içki satılır – FOTO – AÇIQLAMA