Trampın tərcüməçisi dindirilə bilərbackend

Trampın tərcüməçisi dindirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Senator Lindsi Qrem ABŞ prezidenti Donald Trampın tərcüməçisinin (Dövlət Departamentinin əmkdaşı Marina Qross) Rusiya prezidenti Vladimir Putinlə Helsinkidə baş tutan qeyri-rəsmi danışıqların məzmunu haqqında ifadə verməsi üçün Konqresə dəvət olunmasının əleyhinədir.

“Bu xarici liderlərin ABŞ prezidenti ilə keçirdikləri son təkbətək görüş olacaq. Bu isə bizə bəzən lazım ola bilər”, – Qrem jurnalistlərə deyib.

Öz növbəsində ABŞ-ın Rusiyadakı sabiq səfiri Makfol bəyan edib ki, ifadə verilməsi faydalı ola bilərdi:

“Onu yaxşı tanıyıram. Dövlət Departamentinin gözəl əməkdaşdır. Amma bunun kim tərəfindən həyata keçirilməsinə dair bir söz deyə bilmərəm, mən hüquqşünas deyiləm”.

Qeyd edək ki, demokratlar düşərgəsindəki bir sır amerikalı məmur ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında Helsinkidə baş tutan məxfi görüşdə iştirak edən tərcüməçi Marina Qrossun Konqresdə ifadə verməsini tələb ediblər. (oxu.az)

İnterpress.az