“Cəmiyyəti manqurtlaşdırmağa çalışırlar” – Millət vəkilibackend

“Cəmiyyəti manqurtlaşdırmağa çalışırlar” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Media Forumu öz işinə başlayıb.

İnterpress.az xəbər verir ki, “Qardaşlıqdan strateji ortaqlığa: Türkiyə – Azərbaycan” panelində çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Türkiyənin 15 iyul hadisələrindən üzüağ çıxdığını qeyd edib:

“Bunu xarici qüvvələr edir. Təbii ki, bu davamlı olmayacaq. Türkiyə 15 iyul hadisələrindən üzüağ çıxdı. Hansı səbəbdən? Xalqın birlik olmasından. Bu gün cəmiyyəti manqurtlaşdırmağa çalışırlar. Lakin, bunun qarşısını almaq olar. Biz bu gün Gəncə hadisələrini yaşadıq. Təəssüf ki, yaşadıq. Niyə? Çünki bizə xəyanət edənlər düşmən qüvvələrin içərisindəndir. Heç bir xalq özünə bədbəxtlik gətirməz. Bu kimi ikinci hadisənin altından qalxmağa nə Türkiyənin, nə Azərbaycanın gücü yetməz. Xalqı mənəvi öldürməyə çalışan casuslara qarşı mübarizə aparmaq isə medianın üzərinə düşür. Daha güclü strategiya qurmalıyıq. Öz içimizdən olan gəncləri elə yetişdirməliyik ki, bu hadisələrin hazırlanmasına gərəkli olan fərd deyil, onların qarşısını alacaq fərdlər olsunlar. Bu istiqamətdə Türkiyə və Azərbaycan media mənsublarının birlikdə fəaliyyət göstərməsi sevindiricidir. Media təftiş etməli, sorğulamalıdır. Əgər bunu edə bilmirlərsə, manqurtluq yaranır və yayılır. İnsanlar bədbəxt hadisələrin əksəriyyətini din üzərindən yaşadır. Bu bütün Şərq ölkələrində var. Şiə radikalizminə yozulan Gəncə hadisələrinin də əsli qlobal imperializmin izi açıq aydın görülürdü. Ona görə də KİV kütləvi şüura xidmət edir. Bu isə asan iş deyil. Bunun öhdəsindən gəlmək lazımdır. Bu gün FETO-çular da, radikal kütlə də içimizdən çıxır. Bunun qarşısını almaq üçün məqsədyönlü şəkildə çalışmalıyıq ki, qalib gələk. Hər iki dövlətin mediası ölkədaxili hadisələrə duyarlı və həssas yanaşır. 80 milyon əhalisi olan Türkiyədən hər kəs Azərbaycanı sevə bilməz, amma o kütlə olduqca azdır. Bu normaldır. Biz o kiçik kütləyə görə ümumi deyə bilmərik ki, Türkiyə Azərbaycana dəstək olmur”.

Hikmət Babaoğlu onu da qeyd edib ki, 24 iyun seçkiləri zamanı da Türkiyənin dəstəyi hiss olundu:

“Türk xalqları demokratiyanı sevir. Prezident seçkiləri zamanı da Azərbaycan Türkiyəyə dəstək oldu və bu qələbəni birlikdə yeritdi. Unutmayaq ki, dünya ölkələrində çox hadisələr var. Daha əvvıl dediyim fikirlərə qayıtmaq istərdim ki, Suriyada baş verənlər çox acınacaqlı olsa da, daha əvvəl Qarabağ dərdimiz gəlir. Bu da hər zaman qardaş ölkənin diqqətindədir. Hər kəsə təşəkkür edirəm”

İnterpress.az