“Qanlı Ay tutulması” müşahidə ediləcəkbackend

“Qanlı Ay tutulması” müşahidə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu dəfə “qanlı Ay tutulması” müşahidə ediləcək və Ay qırmızı rəngə boyanacaq. “Qanlı Ay tutulması”nı qiyamətin xəbərçisi kimi qəbul edən xristian qrupları bunu İncildə yer alan bəzi proqnozlarla izah edir.

Alimlərin fikrincə isə Ay tutulması zamanı əmələ gələn qırmızı və mavi rəngi “Rayleigh yayılması” ilə izah edir.

Məlumata görə, həmin gün Ay bütünlüklə tutulacaq və qırmızı rəngə boyanacaq. “Qanlı Ay tutulması” zamanı Yer Ayla Günəş arasında qalır. Günəşdən Aya gedən işığın qarşısı kəsilir.

Qeyd edək ki, Ay tutulması cümə günü, iyulun 27-də baş verəcək.
“Qanlı Ay tutulması” Afrika və Avropada daha aydın görünəcək.

Ay tutulması meteohəssas insanların vəziyyətinə mənfi təsir edə bilər.

Ay tutulması meteohəssas insanların vəziyyətinə mənfi təsir edə bilər. (sputnik.az)

İnterpress.az