Xəstəsinin övladlarına sahib çıxdı – Azərbaycanlı həkimdən möhtəşəm JEST – VİDEObackend

Xəstəsinin övladlarına sahib çıxdı – Azərbaycanlı həkimdən möhtəşəm JEST – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı həkimin atdığı bu addım dünya mediasının gündəmini zəbt edib.

İnterpress.az xəbər verir ki, Türkiyədə azərbaycanlı həkimin xəstəsinə və xəstəsinin azyaşlı övladlarına göstərdiyi münasibət rəğbətlə qarşılanıb.

Belə ki, Türkiyənin İstanbul şəhərinə istirahət etmək üçün gələn amerikalı turist övladları ilə birlikdə şəhərdə gəzinti edərkən səhhəti qəfildən pisləşib. Xəstəxanaya yerləşdirilən 45 yaşlı amerikalı turist Şayman Vraytın appendisitdən əməliyyat olunacağı diaqnozu qoyulub.

Turistin ilk köməyinə gələn azərbaycanlı həkim-cərrah Ülvi Abdullayev onu əməliyyat edib. Ən maraqlısı odur ki, Ü.Abdullayev turistin 3 azyaşlı övladını öz evinə aparıb və öz övladları ilə xəstəsinin övladlarını tanış edib.

Xəstə ata əməliyyat olunub sağalana qədər onun 4-5 yaşlı Din, Bilal və Üveysan adlı övladları həkimin evində qalıb.

Cərrah Ü.Abdullayev deyib ki, gündüzlər xəstəyə axşam isə xəstəsinin övladlarına qulluq edib.

Eyni zamanda, Ü.Abdullayev hər gün uşaqları ataları ilə də görüşdürüb.

3 gündən sonra sağalaraq ayağa qalxan amerikalı turist öz ölkəsinə dönsə də, azərbaycanlı həkimə ömürlük dostluq təklifi edib.

İnterpress.az həmin görüntüləri təqdim edir: