Politoloq: “Türkiyə bilir ki, ABŞ-ın İrana qarşı qeyri-obyektiv yanaşması var”backend

Politoloq: “Türkiyə bilir ki, ABŞ-ın İrana qarşı qeyri-obyektiv yanaşması var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Türkiyə heç bir dövlətə qarşı sanksiyalara qoşulmaq fikrində deyil, və onların belə bir planları yoxdur\”. İnterpress.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Türkiyə prezidentinin bəyanatını şərh edərkən politoloq Fikrət Sadıxov deyib.
\”Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq və antiiran sanksiyalarına qoşulmaq niyyətində deyil\”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Onun sözlərinə görə, İran Türkiyə üçün mühüm strateji tərəfdaşlardan biridir və Türkiyə İrana qarşı sanksiyaların yolverilməz olduğunu hesab edir.

\”Ankara ilk növbədə öz maraqları çərçivəsində çıxış edir və öz maraqlarını müdafiə edir. Onların indiki strateji məqsədləri isə İrana qarşı hansısa sanksiyalara qoşulmağa heç bir şərait yaratmır\”, — deyə Fikrət Sadıxov bildirib.

İnterpress.az