Günəş kremi ilə bağlı xəbərdarlıqbackend

Günəş kremi ilə bağlı xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlərə əsasən dəriyə çəkilən kremin layı daha qalın olmalıdır. Lakin bir çox istehlakçı buna əməl etmir.

Nəzəri cəhətdən əmsalı SPF 15 olan kremlərin təsiri günəş şüasından qorunmaq üçün kifayət sayıla bilər.

Lakin təcrübə, əmsalı 30-50 arası olan daha güclü kremlərə ehtiyacın yarandığını üzə çıxarır, Britaniyanın Kings College Universitetinin alimləri tərəfindən aparılan araşdırmada qeyd olunur.

Məlumata əsasən bir çox insan SPF 50 faktorlu kremi elə bir şəkildə tətbiq edir ki, onun səmərəliliyi yalnız 40 faizə çatır.

SPF əmsalı 1 sm dəri səthinə 2 mq kremin çəkilməsini nəzərdə tutan ehtimala əsaslanır.

Alimlərin hesablamalarına görə günəş altına çıxan insan 6 çay qaşığından az olmayan miqdarda (36qm) krem tətbiq etməlidir.

Kremin çay qaşığının yarısından artıq miqdarı hər bir qola, üzə, boyun və qulaqlara çəkilməlidir.

Ayaq, sinə, qarın və bel nahiyəsinə tələb edilən kremin həcmi çay qaşığından bir qədər artıq olmalıdır.

Müxtəlif səbəblərə görə silinən və yaxud da miqdarı azalan kremi təkrarən tətbiq etməyi unutmayın.

Britaniya Dermatologiya Asossiasiyasının tövsiyələri:

Kremin qurumaması üçün onu bayıra çıxmaqdan 15-30 dəqiqə əvvəl çəkin.
Bayıra çıxandan sonra kremi təkrarən tətbiq edin. Çünki bəzi nahiyələr kremsiz qala bilərdi.
Kremi hər iki saatdan bir tətbiq edin. Onun dəridə miqdarı azalarsa təkrarən tətbiq edib.
Ətraf mühit günəş şüalarının təsirini artırır. Misal üçün qar şüaların gücünü 85 faiz, qum – 17 və su 5 faiz artırır. (bbc)

İnterpress.az