“Qanlı Ay” tutulmasının səhhətimizə təsiri – Zəhərlənmə, panik atak, güclü baş ağrıları…backend

“Qanlı Ay” tutulmasının səhhətimizə təsiri – Zəhərlənmə, panik atak, güclü baş ağrıları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Medicina.az-a istinadən xəbər verir ki, dünəndən başlayaraq Bakıda təcili yardım çağırışlarının sayında ciddi artım var. Saytın əməkdaşının bu gün səhər təcili yardım şöbəsinə səhhəti ilə bağlı müraciəti zamanı təcili yardım həkimləri gecədən etibarən çağırışların həddən artıq çox olmasını bildiriblər.

Daha çox zəhərlənmə, kəskin ürək və baş ağrısı, həmçinin nevrotik səbəblərdən halsızlıq və panik atak səbəbindən çağırışlar olub.

Sosial şəbəkələrdə bir sıra məşhur qruplarda dünən gecə bir neçə tibbi yardım, zəhərlənmə və halının pisləşməsi səbəbindən kömək üçün statuslar da yer alıb.

Bir jurnalist isə ötən gecə restoranda yediyi ət səbəbindən səhər təcili yardımla xəstəxanaya çatdırılıb və zəhərlənmə diaqnozu qoyulub.

Rusiyalı həkimlərin xəbər saytlarında Qanlı Ayın insanların səhhətinə mənfi təsiri barədə xəbərdarlıqları da dərc olunub.

Belə ki, dünən, bu gün və sabah Ay tutulmasının insanlarda təsiri bu kimi hallarla büruzə verəcək:

-Nevrotik pozulmalar, həyəcan

-Qıcolmalar

-Panik ataklar

-Ürək çırpıntısı

-Mədə bulanması, qıcqırması, öd daşması

-Qarışıq və ağır qidalanmadan sonra zəhərlənməyə bənzər simptomlar

-Əl-ayaqda boşalma, halsızlıq

-Miqren, başağrıları

Bu halların baş verməməsi üçün Qanlı Ay tutulması saatlarında evdə və ya sakit bir yerdə olmalı, uzanmalı, sakitləşdirici, bol maye qəbul etməli, başınızı nə iləsə qatmalı və ya yatmalısız.

Həmçinin ət yeməkləri, ağır qidalar, spirtli içkidən uzaq durmalısız.

Qanlı Ay tutulmasında ev heyvanları da özlərini narahat hiss edir və harasa qapılıb, gizlənməyə çalışır.

İnterpress.az