Münasibət qurmaq istəyən cütlər hansı sualları soruşmalıdır?backend

Münasibət qurmaq istəyən cütlər hansı sualları soruşmalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lakin mütəxəssislər tövsiyə edir ki, münasibətlər qurmazdan öncə cütlər müəyyən sualları aydınlaşdırmağa çalışmalıdırlar, BBC News saytında dərc edilən Shamaan Freeman-Powell-in icmalında deyilir.

Aşağıdakı suallar nikah məsələləri üzrə tanınmış hüquqşünas Baroness Shackleton və Exeter Universitetinin tədqiqatçıların araşdırmasına əsaslanır. Tədqiqatçılar son 10 ildir ki, münasibətlərdə olan və yaxud da bu müddət ərzində ayrılan 43 cütdən müsahibə alıb.

Araşdırmada həmçinin son 15 ildir ki, münasibətdə olan ənənəvi və eynicinlsi cütlər də iştirak edib.

Bir-birinizə uyğun gəlirsinizmi?

Siz uyğun gəlirsinimi? Bir sorğuya görə xoşbəxt cütlərin əksəriyyəti yaxın münasibətlərin inkişafından öncə dost olublar.

Beyinlərimiz biz fərqinə varmadan bir-biri ilə danışa bilərmi?
İnsanlar sevgi üçün nələri qurban verirlər?

Exeter Universitetindən professor Jan Ewing-də daxil tədqiqatçılar hesab edir ki, cütlər ilk öncə yaxşı dost olub-olmadığını soruşmalıdırlar.

Dostluq zəminində qurulan əlaqələr yaxınların itkisi və zina kimi ağırılı həyat sınaqlarından keçməyə kömək edə bilə.

Gözləntiləriniz realdırmı?

Alimlərə əsasən xoşbəxt cütlərin nikah və münasibətlərlə bağlı gözləntiləri realistikdir.

Onlar yolun maneəsiz olmayacağını dərk edərək kömək üçün mütəxəssislərə müraciət etməyə, əlaqələrin yaxşılaşdırılması üzərində işləməyə hazırdırlar.

Onlar bir-birlərinin yaxşı tərəflərini görə bilirmi?

Ekspertlər düşünür ki, mərhəmət əlaqələrdə açar keyfiyyətdir və ona əsaslanan münasibətlərin qurulmasına çoxlu vaxt sərf oluna bilər.

Lakin bu baş tutarsa, cütlər bir-birlərində yaxşı tərəfləri görməyə daha meylli olur, ehtiyac yaranarsa qarşılıqlı güzəştə gedirlər.

İkimiz də əlaqələri canlı saxlamaq üzərində işləyirikmi?

Xoşbəxt əlaqələrdə olan cütlər adət edilmiş şəkildə qayğıkeşlik nümayiş etdirirlər, partnyorlarına dəyər verdiyini göstərirlər.

Müzakirə edib məsələ qaldıra bilirikmi?
Gününüz barədə bölüşməyə vaxt tapıb, mühüm məsələləri müzakirə etmək çiçəklənən əlaqələr üçün böyük əhəmiyyətə malikdir.

Çünki bu təmas yaxınlığı möhkəmləndirir.

Çətin dövrlərdən keçməyə qərarlıyıqmı?
Xoşbəxt münasibətlər üçün cütlərin dəyişikliyə uyğunlaşması mühümdür.

Birgə çətinlikdən keçən cütlər əlaqələrin möhkəmləndiyini deyirlər.

Çətin dövrlərdən keçmək üçün birləşəcəyikmi?
Araşdırmaçılar aşkar edib ki, həyatın təzyiqi, zina, kədər, maddi sıxıntılar, valideyn olmaqdan irəli gələn çətinliklərə qarşı tab gətirmək üçün yaxşı əlaqələr həlledici əhəmiyyətə malikdir.

Ətrafınızda hər ikinizi dəstəkləyən insanlar varmı?
Biz istəyirik ki, əlaqədə olduğumuz şəxs ailə və yaxınlarımızın da xoşuna gəlsin.

Alimlər hesab edir ki, ailə və dostların əhatəsində olan cütlərin həyatı daha dolğun olur.

Xüsusilə də qadınlar, ana, bacı və yaxud da dostlarından əhəmiyyətli dəstək alırlar. (bbc)

İnterpress.az