“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi”nin fəal üzvləri İstanbulda təcrübə mübadiləsi proqramında iştirak etdilərbackend

“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi”nin fəal üzvləri İstanbulda təcrübə mübadiləsi proqramında iştirak etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təcrübə mübadiləsi proqramının əsas məqsədi yerli özünüidarəetmədə qadınların hüquqlarının müdafiəsi və qadın liderliyinin təşviqi, qadınların salahiyyətləndirilməsi və onların ictimai-iqtisadi həyatda fəal iştirakı, seçildikləri ərazilərdə abadlıq işləri ilə yanaşı, sosial məsələlərin, sağlamlıq və qadın məşğulluğun təminatı, ailə, qadın və uşaqların problemlərinin həllində aktiv iştirakının təbliği sahəsində bələdiyyələrdə görülən yaxşı təcrübənin öyrənilməsi.

Proqram çərçivəsində Türk Dünyası Bələdiyyələr Birliyində, Başakşehir, Kocaeli Büyükşehir, Beylikdüzü, Küçükçekmece, Zeytinburnu Bələdiyyələrdə və İSMEK, İŞKUR, KO-MEK və Kadın Dayanışma və Spor İstanbul Mərkəzlərində yüksək səviyyədə görüşlər keçirilmışdir.

Proqram iqtisadiyyat, sosial, mədəniyyət, təhsil, səhiyyə və sport sahələrini, eləcə də qaçqın qadınlarının və əngəlli uşaqların problemlərinin həllinə yönəlmiş bələdiyyələrinin həyata keçirdiyi müxtəlif layihələri əhatə etmişdir.

"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi"nin fəal üzvləri İstanbulda təcrübə mübadiləsi proqramında iştirak etdilər

Mübadilə proqramının əsas tərəfdaşları Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları və Milli QHT Forumun yanında Bələdiyyə İnkişaf Mərkəzi.

"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi"nin fəal üzvləri İstanbulda təcrübə mübadiləsi proqramında iştirak etdilər

Nümayəndə heyətinin rəhbəri Bakı şəhəri Suraxanı rayonun Qaraçuxur bələdiyyəsinin müavini və təşkilatın sədri Lyudmila Xəlilova bildirdi ki, Təcrübə Mübadiləsi Proqramında iştirak etdilər Binəqədi rayonun Binəqədi qəsəbə bələdiyyəsinin sədri, Sabunçu rayonun Ramana qəsəbə bələdiyyəsinin sədri, Nizami rayon Keşlə qəsəbə bələdiyyəsinin müavini, Abşeron rayonun Mehdiabad qəsəbə bələdiyyəsinin sədr müavini, Goranboy rayonun Fəhralı kənd bələdiyyəsinin sədri, Tərtər rayonun İrevanlı kənd bələdiyyəsinin sədri, Sumqayıt şəhər bələdiyyəsinin və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələri.

İnterpress.az