Azərbaycanda məktəbli qızın böyük uğurubackend

Azərbaycanda məktəbli qızın böyük uğuru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Azərbaycan Məktəbinin şagirdi Nərgiz Quliyeva İspaniyanın Barselona şəhərində keçirilmiş Dünya Alimlər Kuboku (World Scholar’s Cup) olimpiadasında finala vəsiqə qazanıb.

İngilis dilində keçirilən yarışmada ölkəmizi ilk dəfə olaraq Avropa Azərbaycan Məktəbinin şagirdi Nərgiz Quliyeva təmsil edib.

N.Quliyeva dünyanın 60-dan çox ölkəsinin 2100 şagirdinin qatıldığı beynəlxalq bilik müsabiqəsinin yarımfinalında müvəffəqiyyətlə iştirak edərək final mərhələsinə vəsiqə qazanıb.

Barselonada baş tutan yarımfinal mərhələsində şagirdlər 5 gün müddətində özlərini ədəbiyyat, həyat bilgisi, incəsənət, inşa və s. sahələrdə sınayıblar. Bununla belə, qrup və individual olaraq müxtəlif mövzularda debatlar edərək, bir-birləri ilə mübarizə aparıblar.

Artıq 4-ü qızıl, 3-ü gümüş olmaqla ümumilikdə 7 medalla vətənimizi layiqincə təmsil etməyi bacaran Nərgiz Quliyeva Amerikada dünyanın ən nüfuzlu “Yale”də universitetində keçiriləcək final mərhələsinə qatılacaq. O, burada həm yarışacaq, həm də universitetin tələbə heyyəti ilə bərabər dərslərə qatılaraq, professor heyyətindən mühazirələr dinləyəcək.

Qeyd edək ki, Nərgiz Quliyeva bu il yanvarın 25-də Dünya Alimlər Kubokunun (World Scholar’s Cup) Bakı turnirində şagirdlər arasında ən yaxşı nəticə göstərərək İspaniyanin Barselona şəhərində keçirilən yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Amerika, Kanada, Fransa, Türkiyə, İzrail, Almaniya və s. kimi dünyanın ən öncül 60-a yaxın dövlətlərindən on minlərlə şagird müsabiqəyə qatılsalar da, yalnız ən bilikliləri yarımfinalda iştirak etmək hüququ qazanır. (trend)

İnterpress.az