Sahil Qasımov “İlin ən fəal diaspor sədri” seçildi – FOTObackend

Sahil Qasımov “İlin ən fəal diaspor sədri” seçildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Türkiyə Evinin (ATEV), Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan “Diaspor.az” xəbər portalının birgə təşkilatçılığı ilə keçirilən “İlin ən fəal diaspor sədri” sorğusunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İnterpress.az xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, Avropadan, Türkiyədən, Rusiyadan, Ukraynadan, İsveçdən və digər ölkələrdən diaspor liderləri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, media rəhbərləri və diaspor fəaliyyəti ilə məşğul olan digər şəxslər iştirak edib.
Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov “İlin ən fəal diaspor sədri” seçilib. AAK sədri Azərbaycan-Türkiyə Evinin (ATEV), Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan \”Diaspor.az\” xəbər portalının birgə təşkilatçılığı ilə keçirilən \”İlin ən fəal diaspor sədri\” sorğusunun qalibi olub.

O, Avropa kateqoriyası üzrə ilin ən fəal diaspor sədri seçilib. S.Qasımov ADİM tərəfindən təltif olunub.

ADİM sədri Toğrul Allahverdili S.Qasımova mükafatını təqdim edib.

Qeyd edək ki, “İlin ən fəal diaspor sədri” 2018-ci il iyunun 1-dən 30-a qədər davam edib.

İnterpress.az