İslam Hüseynov “İlin ən fəal diaspor sədri” seçildi – FOTObackend

İslam Hüseynov “İlin ən fəal diaspor sədri” seçildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Türkiyə Evinin (ATEV), Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan “Diaspor.az” xəbər portalının birgə təşkilatçılığı ilə keçirilən “İlin ən fəal diaspor sədri” sorğusunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İnterpress.az xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, Avropadan, Türkiyədən, Rusiyadan, Ukraynadan və digər ölkələrdən diaspor liderləri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, media rəhbərləri və diaspor fəaliyyəti ilə məşğul olan digər şəxslər iştirak edib.

Diaspor sədri Azərbaycan-Türkiyə Evinin (ATEV), Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan \”Diaspor.az\” xəbər portalının birgə təşkilatçılığı ilə keçirilən \”İlin ən fəal diaspor sədri\” sorğusunun qalibi olub.

O, MDB kateqoriyası üzrə ilin ən fəal diaspor sədri seçilib. İslam Hüseynov ADİM tərəfindən təltif olunub.

ADİM sədri Toğrul Allahverdili İslam Hüseynova mükafatını təqdim edib.

Qeyd edək ki, “İlin ən fəal diaspor sədri” 2018-ci il iyunun 1-dən 30-a qədər davam edib.

İnterpress.az