Vüsalə Mahirqızı: “39 yaşla bağlı yaxşı bir hesabatım var”backend

Vüsalə Mahirqızı: “39 yaşla bağlı yaxşı bir hesabatım var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu münasibətlə Modern.az qısa da olsa Vüsalə Mahirqızının doğum günü təəssüratlarını öyrənib.

“Çox şadam ki, ətrafımda məni sevən, hörmət edən bu qədər insan var. Ailə üzvlərim, iş yoldaşlarım, həmkarlarım, dostlarımın hamısı təbrik edirlər, gözəl sözlər, xoş arzular ünvanlamaqda da davam edirlər. Evdəyəm. Ailəmlə birgə doğum günümü qeyd edəcəm. Yaxşı dostların, insanların əhatəsindəyəm. Doğum günümü təbrik edən hər kəsə minnətdaram. Sağ olsunlar”.

Vüsalə Mahirqızı yaşını deməkdən qorxmadığını bildirib.

“Qadınların çoxu yaşını söyləməkdən çəkinir. 39 yaşımın olduğunu deməkdən qorxmuram. Çünki 39 yaşla bağlı yaxşı bir hesabatım var. Bəzən deyirlər ki, bu həyatda insana insanlar qalmır. Düşünürəm ki, insanların münasibətləri, sevgisi, hətta qəzəbi də çox önəmlidir”

Qeyd edək ki, Vüsalə Mahirqızı 1979-cu ilin bu günü Ucarda anadan olub. Əməkdar journalist olan Vüsalə Mahirqızı “APA Holding” MMC-nin prezidentidir.

İnterpress.az