Ekspert: “Energetik içkilərin məktəbə yol açmasının qarşısını almaq lazımdı”backend

Ekspert: “Energetik içkilərin məktəbə yol açmasının qarşısını almaq lazımdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.
İnterpress.az xəbər verir ki, təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, qanunda belə içkilərin satışı ilə bağlı hər hansı qadağa yoxdur:

“Azyaşlı uşaqların, məktəblilərin belə içkilərdən istifadəsinə validenlər nəzarət etməlidir. İnzibati yollarla bu məsələni tənzimləmək olmaz. Bu məsələdə cəmiyyətin və valideynlərin təpkisi və nəzarəti olmalıdır. Necə ki, bəzi ölkələrdə siqaret və spirtin satışına qadağalar qoyulur, həmçinin belə içkiləri gətirənlərə və satanlara da qadağa tətbiq etmək olar. Uşaqlar arasında maarifləndirmə işləri aparılmalıdır. Belə içkilərin zərərli tərəfləri izah olunmalıdır. Valideynlər məktəbdə təlim-tərbiyə işinin təşkilində və idarə edilməsində məktəbin ən güclü və vacib tərəfdaşlarından biridir. Pedaqoji şuraların, valideyn komitələrinin qərarları ilə həmin energetik içkilərin məktəbə yol açmasının qarşısını almaq olar” – deyə o bildirib.

Qeyd edək ki, energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər.

İnterpress.az