Ekspert: “Manatla kreditlərin verilməsi daha sərfəlidir”backend

Ekspert: “Manatla kreditlərin verilməsi daha sərfəlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi aşağı düşüb. İyulun 1-nə banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il iyulun 1-nə 62,4% təşkil edib. Bu nisbət iyunun 1-də 62,9% olub.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, manatın məzənnəsi sabit olduğuna görə, əhalinin bir qismi xarici valyuta ilə olan depozitlərini manata çevirməyə başlayıb:

“Çünki manatla olan depozitlərin faiz dərəcəsi kifayət qədər yüksəkdir. Dollarla müqayisədə təxminən 3 dəfə fərq var. Ona görə də, banklarda dollarlaşma nisbətən azalıb. Bu bankların sağlamlaşdırılması baxımından özlərinə də xeyirdir. Çünki gələcəkdə hər hansı məzənnə dəyişikliyi olarsa, çətin vəziyyətə düşmək istəmirlər. Manatla kreditlərin verilməsi və depozitlərin götürülməsi risk menecmenti baxımından da daha sərfəlidir”.

Qeyd edək ki, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il iyulun 1-nə 8 109,3 mln. manat təşkil edib ki, bunun da 5 060,6 mln. manatı xarici valyutada yerləşdirilib.

İnterpress.az