Gürcüstanda yoluxucu xəstəlik yayılır, Azərbaycanda önləyici tədbirlərə başlanıbbackend

Gürcüstanda yoluxucu xəstəlik yayılır, Azərbaycanda önləyici tədbirlərə başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması ilə əlaqədar qonşu ölkədən gətirilən yüklərin boşaldılma yerləri Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları tərəfindən kimyəvi maddələrlə dezinfeksiya edilir.

İnterpress.az xəbər verir ki, bu barədə KTN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib. Bildirilib ki, bu tədbir Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.

2018-ci ilin ilk 7 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2 milyon 442 min 699 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub. Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

İnterpress.az