Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdibackend

Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, avqustun 13-ü gündüzdən 15-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Eyni zamanda avqustun 13-14-də, əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

İnterpress.az