Tələsik yemək təhlükəli xəstəliklərə səbəb olurbackend

Tələsik yemək təhlükəli xəstəliklərə səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırmalar göstərir ki, tələsik yemək bəzi xəstəliklərin riskini artırır.

İnterpress.az Saglamolun.az-a istnadən sizə bu xəstəliklərin siyahısını təqdim edir:

Litva alimləri araşdırma zamanı aşkar ediblər ki, tələsik yeyən insanlarda 2-ci tip şəkərli diabetin riski bir neçə dəfə artırır.

Tez-tez yemək yeyən insanlar adətən lazım olandan daha çox yeyir ki, bu da çəkinin artmasına səbəb olur. Artıq çəki və piylənmə şəkərli diabetin əsas səbəblərindən biri sayılır. Digər tərəfdən tez-tez yemək yeyəndə qanda şəkərin səviyyəsi kəskin qalxır ki, bu insulin rezistentliyinə səbəb ola bilər.

– Ürək xəstəlikləri

Tez-tez yemək yeyən insanlarda metabolik sindromun riski artmış olur. Metabolik sindrom ürək-damar xəstəliklərinin və insultun əsas səbəbi sayılır.

Mütabolik sindrom yeksək arterial təzyiq, yüksək xolesterin və piylənmə ilə xarakterizə olunur.

– Piylənmə

ABŞ-da aparılmış eksperiment zamanı artıq çəkisi olan bir qrup insana yeməyi asta-asta yemək, yaxşı çeynəmək tapşırılıb. Bu zaman iştirakçılar həmişəki kimi qidalanırdı və heç bir pəhriz saxlamırdı. 1 aydan sonra məlum olub ki, eksperiment iştirakçıları 3-5 kq artıq çəkidən xilas olunublar.

Beləliklə, tez-tez yemək artıq çəkiyə də səbəb olur.

– Mədə xəstəlikləri

Pis xırdalanmış və çeynənmiş qida mədəyə düşdükdə mədə gərgin rejimdə işləməyə başlayır ki, bu da mədə xəstəliklərin inkişafına, refleks xəstəliyinə səbəb ola bilər.

Reflüks xəstəliyi zamanı mədə şirəsi mədədən qida borusuna atılır (normada bu baş vermir). Bu da qida borusunun divarlarını yanıdır, orada xoraların əmələ gəlməsinə səbəb olur. Belə xoralar vaxt keçdikcə xərçəngə çevrilə bilər.

İnterpress.az