Politoloq: “Aktauda imzalanan Konvensiya mübahisələrə son qoydu”backend

Politoloq: “Aktauda imzalanan Konvensiya mübahisələrə son qoydu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti keçirilib. Sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri — İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu Konvensiyanın imzalanmasının Azərbaycan üçün çox böyük əhəmiyyəti var:

“Uzun illərdir Xəzərin statusunun müəyyənləşdirilməsi üçün danışıqlar gedirdi, ancaq real bir nəticə yox idi. Bu Konvensiyanın imzalanması ilə dövlətlər arasında olan mübahisələrə böyük ölçüdə son qoyuldu. Konvensiyanın imzalanmasına baxmayaraq, bu, Xəzərin dibinin bölüşdürülməsi məsələsinə tam aydınlıq gətirmir. Ona görə də, Azərbaycan Türkmənistan və İranla Xəzərin dibinin bölüşdürülməsi üçün ayrıca sazişlər imzalamalıdır. Düşünürəm ki, Konvensiyadan sonra bu ölkələrlə dibin bölüşdürülməsi üçün danışıqlar sürətlənə bilər”.

İnterpress.az