Bakı avtovağzalı gücləndirilmiş iş rejiminə keçir- Bayrama görəbackend

Bakı avtovağzalı gücləndirilmiş iş rejiminə keçir- Bayrama görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az \”Azərtac”a istinadən xəbər verir ki, avqustun 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində gün ərzində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə təxminən 12 min sərnişin avtovağzaldan yola salınır.

Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər. Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək.

Intepress.az