“Konvensiya ölkəmiz üçün yeni perspektivlər yaradacaq” — Nazir müavinibackend

“Konvensiya ölkəmiz üçün yeni perspektivlər yaradacaq” — Nazir müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Xəzərin tranzit potensialının həyata keçirilməsinin vacibliyi Konvensiyada da nəzərə alınıb: \”Belə ki, Konvensiya dəniz üzgüçülüyünün azadlığını müəyyən etməklə, Xəzər dənizindən digər dənizlərə və tranzit ölkənin suveren hüquqları nəzərə alınmaqla dünya okeanına sərbəst çıxış hüququnu, eləcə də tərəflərin limanlarına azad giriş-çıxışını tanıyır\”.

\”Bildiyiniz kimi, Azərbaycan üçün Xəzər dənizində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi hər zaman böyük əhəmiyyət kəsb edib. Bu baxımdan, Konvensiya dənizdə həyata keçirilən layihələrin icrası ilə əlaqədar olaraq Azərbaycanın xarici şirkətlər və korporasiyalarla əməkdaşlığını tanıyır və onun davam etdirilməsinə və genişləndirilməsinə imkan yaradır\”, – nazir müavini əlavə edib.
X.Xələfov həmçinin deyib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya sahilyanı dövlətlərin dənizin dibi ilə kabel və boru kəmərlərini çəkmək hüququnu tanıyır:

\”Bu zaman belə boru kəmərlərinin keçəcəyi yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır. Eyni zamanda belə layihələr sahilyanı dövlətlərin tərəfi olduğu ekologiya sahəsində beynəlxalq sənədlərə uyğun olmalıdır. Konvensiyanın bununla bağlı müddəaları Xəzər dənizi regionunda Azərbaycanın da iştirak etdiyi mövcud layihələrin inkişafı və genişləndirilməsində böyük rol oynayacaq və ölkəmiz üçün yeni perspektivlər yaradacaq\”.

İnterpress.az