52 yaşı var, gənc qız kimi görünür – Məşhur aktrisa sümük qaynadıb, suyunu içirbackend

52 yaşı var, gənc qız kimi görünür – Məşhur aktrisa sümük qaynadıb, suyunu içir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günə kim onun idman, məşqlər sayəsində belə qaldığı düşünülsə də, aktrisa gənc və qamətli qalmasının sirrini açıb. O, həftədə 2-3 dəfə sümük qaynadıb, suyunu içir. Bizim mətbəxdə xaş və ya sümük bulyonu adlanan bu qida sayəsində onun sümükləri möhkəm qalıb.

Adını Keto bulyon qoyduğu bu yeməyi aktrisa özü hazırlayır. Onun da Xaş kimi hazırlanmasına 1 sutka lazım gəlir.

Aktrisa İnstagram hesabında dərdlərə dərman möcüzəvi sümük suyunun hazırlanma reseptini paylaşıb:

52 yaşı var, gənc qız kimi görünür – Məşhur aktrisa sümük qaynadıb, suyunu içir

\” Mən organik ət magazasından sümükləri pulsuz alıram. Satıcı mənim üçün ən yaxşılarını, irilərini yığır. Sümükləri gil qabda 24 saat vam odda qaynadıram. Amma 8-10 saat da bəs edər. 24 saat bişirəndə bütün jelatin, kollagen və mikroelementləri tam suya keçir. Bu su immun sistemini, sümükləri gücləndirir, əzələ bağları, fəqərəarası maye, saçlar, dəri, dırnaqlar üçün superdir.

Sümük suyu bağırsaq divarını da sağaldır. Vacib şərt odur ki, maksimum sağlam, yaxşı qidalanmış heyvan sümükləri olsun. Mən bizon sümükləri belə alıram. Maral da olar.

Dadını yaxşılaşdırmaq üçün bişənə yaxın ona sarımsaq, kök, bir az dəniz duzu, istiot, ətirli otlar də qatıram. Hazır olanda süzüb, stəkanla içirəm. Soyuducuda 3 gün saxlamaq olur.

52 yaşı var, gənc qız kimi görünür – Məşhur aktrisa sümük qaynadıb, suyunu içir

Bilirəm, bir çoxlarının ürəyincə deyil. Amma əmin olun ki, içə biləcəksiz, dadı elə də dözülməz deyil.

Söz verirəm ki, ayda heç olmasa 5 dəfə hər dəfə gün ərzində 2 stəkan belə sümük suyu içsəniz gözəlliyiniz, sağlamlığınız artacaq, qocalmayacaqsız”. (Medicina.az)

İnterpress.az