Diaspor sədri Azərbaycanın matəm günlərini bayram kimi qeyd edir – VİDEObackend

Diaspor sədri Azərbaycanın matəm günlərini bayram kimi qeyd edir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Tolyatti Şəhərində fəaliyyət göstərən Samara Vilayəti Azərbaycanlılar ittifaqının sədri Qurbanəli Babayevin müsahibəsinin videogörüntüləri yayılıb.

İnterpress.az Diaspor.az-a istinadən xəbər verir ki, videogörüntülərdə diaspor sədrinin Azərbaycan dilində danışa bilməməsi diqqət çəkib. 43 ildir ki, Rusiyanın Samara Vilayətinin Tolyatti şəhərində yaşayan Babayevin heç rus dilində də normal danışıq qabiliyyətinin olmaması bildirilir. Ən maraqlısı odur ki, Azərbaycan dilində danışa bilməyən diaspor sədri Samara vilayətində yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etdiyini və eyni zamanda, Azərbaycanı Samara vilayətində təmsil etdiyini iddia edir.

O, Azərbaycanın matəm günlərini bayram kimi qeyd edir

Video-müsahibə zamanı diaspora sədrinin ifadə etdiyi bir neçə yanlışlıqları da oxucularımıza çatdırmaq istəyirik. Ən dəhşətlisi odur ki, diaspor sədri Azərbaycan tarixində əhəmiyyətli günlərin Tolyatti şəhərində onun təşkilatçılığı ilə qeyd olunduğunu bildirir. O, azərbaycanlılar üçün əlamətdar bayram günlərini yaşadığı şəhərdə bayram kimi qeyd etdiyini vurğulayır. “Novruz bayramı, 26 fevral, 20 Yanvar – belə prazdnikləri burada qeyd edirik” deyən diaspor sədri Azərbaycan tarixinə qanlı mürəkkəblə həkk olan matəm günlərini də bayram günü kimi qeyd etdiyini bildirir.

O, əslində Azərbaycanın əleyhinə təbliğat aparır

Çox maraqlıdır, 43 ildir Samara vilayətində yaşayan və 4 ilə yaxındır ki, Samara Vilayəti Azərbaycanlılar ittifaqına sədrlik edən Babayev bayramla matəmi ayırd edə bilmir. Elə buna görə də, onun Rusiyada Azərbaycanı təmsil etməsinin arxasında Azərbaycanın əleyhinə təbliğat aparması dayanır. Öz dediyi kimi diaspor sədri matəm günlərini bayram günü kimi qeyd edir. O, bundan əvvəlki müsahibəsində Rusiya təhlükəsizlik xidməti orqanları ilə əməkdaşlıq etdiyini də bilməyərək ifadə edib. Eyni zamanda, Babayevin ermənilərlə daha yaxın münasibəti olduğu bildirilir. Məlumata görə, Q.Babayevin Tolyatti şəhərində ətrafında sıx birləşənlərin əksəriyyəti erməni lobbiçiliyinin təəssübkeşləridir.

Separatçılarla onu nə bağlayır?

Həmçinin onun erməni dostları ilə birlikdə tez-tez bir araya toplaşması, məclislər qurması, birlikdə eyş-işrət mərasimlərində iştirak etməsi də bildirilir. Bütün bunlarla yanaşı Azərbaycan dilində danışa bilməyən azərbaycanlı diaspor sədrinin erməni separatizm ideologiyasının tərəfdaşları ilə də sıx əlaqədə olduğu vurğulanır. Bildirilir ki, Q.Babayevin məhz separatizmə yönəlik fikirlərinin daşıyıcısı olması onu erməni separatçılarla bağlayan əsas amillərdən biridir.

İnterpress.az