“Şah” supertunirə qələbə ilə başladıbackend

“Şah” supertunirə qələbə ilə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qalib gəlib.

Hazırda həmyerlimiz turnir cədvəlində rusiyalı Sergey Karyakini məğlub edən erməni Levon Aronyanla 1-2 yerləri bölüşdürür.

Qeyd edək ki, turnirdə həmçinin Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) iştirak edirlər.

Ş.Məmmədyarovun növbəti rəqibi Aleksandr Qrişuk olacaq.

Turnir bir dövrə keçiriləcək və avqustun 27-i başa çatacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min ABŞ dollarıdır. Qalib 75 min dollar qazanacaq.

İnterpress.az