“Neftçi” vahid lider oldu – VİDEObackend

“Neftçi” vahid lider oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş hakim Rəhim Həsənovun idarə etdiyi qarşılaşma \”Neftçi\”nin qələbəsi ilə başa çatıb (2:1). Oyuna hücumlarla başlayan paytaxt komandası 36-cı dəqiqədə hesabda irəli çıxıb – 1:0. Qonaqların müdafiəçilərinin kobud səhvindən istifadə edən Baqali Dabo keçmiş komandasının qapısına qol vurub.

Fasilədən sonra da matç \”ağ qaralar\”ın hücumları şəraitində keçib. Rəqib komandanın müdafiəsinin səhvindən yararlanan Qoran Paratskinin ötürməsindən sonra Dario Frederiko 48-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. Qarşılaşmanın sonlarında \”Qəbələ\”nin futbolçusu Rauf Əliyevin vurduğu qol sayəsində hesab arasındakı fərq azalıb – 2:1.

Beləliklə, paytaxt komandası bu mövsüm çempionatda ikinci qələbəsini qazanaraq, turnir cədvəlinin vahid lideri olub.

İnterpress.az