Millət vəkili: “Aktau Konvensiyasını Xəzərin konstitusiyası adlandırmaq olar”backend

Millət vəkili: “Aktau Konvensiyasını Xəzərin konstitusiyası adlandırmaq olar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Konvensiyanın imzalanması tarixi hadisədir”.

İnterpress.az xəbər verir ki, bunu Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış Konvensiyanı şərh edərkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, beş dövlət öz aralarında razılığa gələrək, kənar dövlətlərin dəstəyi və iştirakı olmadan, beynəlxalq təşkilatlar səviyyəsinə qaldırmadan ağrılı bir problemi həll etdilər:

“Bu, təkcə regionun deyil, dünyanın problemidir. Problemin bu cür həlli digər problemlərin həlli üçün yaxşı nümunə ola bilər. Bu Konvensiyanın imzalanması beş dövlətin hər biri üçün faydalıdır. Azərbaycan Xəzərdən ən çox istifadə edən, onun neft ehtiyyatlarını istehlak edən ölkədir. Bu gün digər ölkələrin Azərbaycanın təcrübəsinə böyük marağı var. Ümumilikdə, bu Konvensiyanı Xəzərin konstitusiyası adlandırmaq olar”.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanıb.

İnterpress.az