“Ya yaddan çıxmışam, ya da layiq bilmirlər” – 60 yaşını da fəxri adsız qeyd edən “Ovçu Pirim”backend

“Ya yaddan çıxmışam, ya da layiq bilmirlər” – 60 yaşını da fəxri adsız qeyd edən “Ovçu Pirim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, BAKU.WS sənətkarla əlaqə saxlayıb və onu doğum günü münasibəti ilə təbrik edib.

60 yaşında ilk açıqlamasını verən A. Yolçuyev bunları deyib:

\”Telefonum təbrik zənglərindən, ismarıclarından susmur. Həmişə olduğu kimi ilk məni təbrik edən nəvəm Bayram oldu. O, gecə 1-ə işləmiş ismarıc yazdı. Ona atamın adını vermişik. Ona görə də nəvəm məni təbrik edəndə elə bilirəm ki, atam məni təbrik edir\”.

Yubileyini qeyd edən sənətkar ən böyük arzusunu və gileyini də dilə gətirdi:

\”Azərbaycanlı olan bütün uşaqları xoşbəxt görmək ən böyük arzumdur. Heç kəs onlardan sevgisini əsirgəməsin, çünki onların ölkəmizin gələcəyidir. Gileyim isə hələ də fəxri ad almamağımdandır. Ya yaddan çıxmışam, ya da layiq bilmirlər\”.

Qeyd edək ki, Allahverdi Yolçuyev 20 avqust 1958-ci ildə anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan dövlət İncəsənət inistutunun dram-kino aktyorluğu fakültəsini bitirib. 1978-1979-cu ildə Leninqradda keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət inistitunda səhnə nitqi müəllimi olub.

A. Yolçuyev Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Müxtəlif ölkələrdə tədbirlərdə, cəbhə bölgələrində, qocalar evlərində olub. Allahverdi Yolçuyev özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib. Müxtəlif telekanallarda minlərlə filimlər, cizgi filimlərini səsləndirib. Ən yadda qalan məşhur Fransız aktyoru Luide Fünesin rollarıdır. Hal hazırda dublyaj fəaliyyəti ilə məşğuldur.

Ailəlidir, 4 övladı, 5 nəvəsi var.

İnterpress.az