Xaçaturyan qızlarını zorlayıbmışbackend

Xaçaturyan qızlarını zorlayıbmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Modern.az-a istinadən xəbər verir ki, prokurorluqdan onun qızları Kristina və Angelinanı cinsi istismara məruz qoyduğu haqda faktların olduğu bildirilir.

“Prokurorluğun Angelina və Kristina Xaçaturyanın ataları tərəfindən cinsi istismara məruz qaldıqları barədə faktlar var. Bunun üçün də işin qapalı keçirilməsini xahiş edirəm” – prokuror bildirib.

Öz növbəsində böyük qız Kristinanın vəkili Aeksey Liptser proses çərçivəsində cinsi zorakılıq mövzusunun müzakirə olunmayacağını qeyd edib.

Məhkəmə, Kristina Xaçaturyanın həbsinin qanuniliyini təsdiqləyərək, məhkəməni bağlı keçirməyi rədd etdi.

Qeyd edək ki, üç bacı ataları 57 yaşlı iş adamı olan Mixail Xaçaturyanı öldürməkdə şübhəli bilinirlər. Qızlar günahlarını boyunlarına alıblar. Hadisəni atalarının onlara uzun müddət əzab verdiyi üçün etdiklərini bildiriblər.

Xatırladaq ki, bu gün prosesin əvvəlində öldürülən şəxsin böyük qızı olan Kristina Xaçaturyan məhkəmə zalında günahını boynuna alaraq peşmanlıq çəkdiyini söyləyib.

İnterpress.az