ATK rəsmisi Tənzilə Rüstəmxanlı ilə görüşdü – FOTObackend

ATK rəsmisi Tənzilə Rüstəmxanlı ilə görüşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Türk Konfederasiyasının rəsmiləri \”Qurban bayramı – 2018\” adlı proqramı çərçivəsində Azərbaycana səfərə gəlib.

İnterpress.az xəbər verir ki, səfər zamanı Avropa Türk Konfederasiyasının rəsmisi Erdoğan Aktaş Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı ilə görüşüb.

Görüşdə ATK VƏ ATEV-in birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda, hər iki təşkilatın gələcəkdə də bütün türk dünyası üçün birlikdə çalışacaqları önə çəkilib.

Görüş zamanı E.Aktaş ATK-nin Genel Başkanı Cemal Çetinin salamlarını ATEV sədrinə çatdırıb.

Sonda ATK rəsmisi Tənzilə Rüstəmxanlı ilə xatirə fotosu çəkdirib.

İnterpress.az

ATK rəsmisi Tənzilə Rüstəmxanlı ilə görüşdü - FOTO