Politoloq: “Ərdoğanın partiyasının hədəfləri dəyişməyib”backend

Politoloq: “Ərdoğanın partiyasının hədəfləri dəyişməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ədalət və İnkişaf Partiyasının(AKP) hədəfləri dəyişməyib, öz yolunda davam edir”.

İnterpress.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın yenidən AKP-nin sədri seçilməsini şərh edərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Türkiyə indi daxili və xarici siyasətdə ciddi problemlərlə üz-üzədir: “Xarici siyasətdə illərin müttəfiqi ABŞ Türkiyəyə qarşı ədalətsiz sanksiyalar tətbiq edir. Belə bir məqamda Ərdoğan bu problemlər həllini tapmasını qarşısına hədəf qoyub. Bu siyasətdə Ərdoğana dəstək verən dost dövlətlər var. Onların içində Azərbaycan ilk yerdədir. Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər. Düşünürəm ki, Türkiyə problemlərini həll edəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ədalət və İnkişaf Partiyasının Sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

İnterpress.az