Mehmet Eli Erbil əlil arabasına möhtac qaldı – VİDEObackend

Mehmet Eli Erbil əlil arabasına möhtac qaldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, Kiprdə təşkil edilən bayram konsertinin aparıcılığını əlil arabasında edib.

Əvvəlcə tamaşaçılar onun zarafat etdiyini zənn ediblər və zaldan gülüş səsləri gəlib.

Erbil vəziyyəti belə görüb, həqiqətən də xəstə olduğunu bəyan edib:

“Bunu bir zarafat olduğunu düşünməyin. Belə şeyin zarafatı olmaz. Yeriyərkən balansımı itirirəm. Kulisdən buraya qədər əlil arabasında gəlməyə ehtiyac duydum. Səhnəyə də belə çıxmaq məcburiyyətində qaldım\”.

Mehmet Eli Erbil proqram ərəfəsində bir dəfə ayağa durub və yeriməkdə çətinlik çəkdiyindən təkrar əlil arabasına oturub: \”Təbii ki, həmişə belə olmayacaq. Bu çətin günlər də bitəcək”.

Tamaşaçılar alqışları ilə onu dəstəkləyiblər.

Qeyd edək ki, “Vertiqo” xəstəliyi balansın itməsi, mədə bulantısı və qusma ilə müşahidə olunur. Bu xəstəlikdən əziyyət çəkən insanlar ətrafındakı əşyaların hərəkət etdiyini və baş gicəllənməsi hiss edir. (BAKU.WS)

İnterpress.az https://youtube.com/watch?v=T1bzod2AwG8