Siqaret çəkmək insanı kökəldirbackend

Siqaret çəkmək insanı kökəldir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu kimi mənfi xüsusiyyətləri ilə tanınan siqaret məhsulu ən çox ağciyər orqanına zərər yetirir. Bu səbəbdən də, həmin məhsullardan istifadə edən şəxslərdə öskürmək halları tez-tez müşahidə olunur.

Lakin siqaretin mənfi xüsusiyyətləri bununla da, bitmir. Belə ki, son araşdırmalar sayəsində bəlli olmuşdur ki, tütün məhsulları insan kökəlməsinə bilavasitə imkan yaradır. Nəticədə isə, həddindən artıq kalori insan sağlamlığına zərər yetirir.

Bəs görəsən siqaret insanı necə kökəldir? Bildiyimiz kimi bütün tütün məhsulları nikotin elementi ilə əhatə olunmuşdur. Nikotin elementi isə, özündə metabolik adlı xüsusi maddələri daşımaqdadır. Həmin maddələri qəbul edən şəxslərdə maddələr mübadiləsi sürətlənir. Bunun nəticəsində isə, insanın iştahası açılır və yemək yemək məcburiyyətində qalır. Belə olan halda isə, təbii ki, insan çəki artımı ilə üzləşir.

Bu səbəbdən də, siqaret çəkmədən öncə sağlamlığınıza nə qədər zərər vuracağınızı düşünün və ona görə hərəkət edin. (milli.az)

İnterpress.az