Politoloq Merkelin Bakıya səfərini şərh edirbackend

Politoloq Merkelin Bakıya səfərini şərh edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza 3 günlük rəsmi səfəri başlayıb.

Alman ekspertlərinin fikrincə, kanslerin Cənubi Qafqaz səfərinin başlıca məqsədi Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi məsələsini müzakirə etməkdir.

Politoloq İlqar Vəlizadəı: \”Almaniyanın kansleri Angela Merkelin Azərbaycana və ümumiyyətlə Cənubi Qafqaza səfəri tarixdə ilk dəfə baş verir:

Müstəqillik qazanmış bu regiona indiyədək Almaniya kansleri səfər etməyib. Almaniya kanslerinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin səviyyəsinin qaldırılması üçün imkanlar yaradır. Biz ümid edə bilərik ki, Azərbaycan və Almaniya münasibətlərində indiyədək olan çərçivələr kanslerin səfəri nəticəsində müəyyən qədər genişlənsin”. (sputnik.az)

İnterpress.az