Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



ABŞ-Türkiyə münasibətləri normallaşacaqmı - Politoloq şərhi

Türkiyə və ABŞ diplomatları münasibətlərin yaxşılaşdırılması üzrə danışıqlar aparırlar.

Dərc edilib: 30 avqust 2018 [14:02]
Baxış sayı: 23298

İki ölkə arasında münasibətlərin müzakirəsi üçün bu gün amerikalı diplomatlar Ankaraya gəliblər.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, hazırda Suriyada vəziyyət təhlükəli həddə çatıb: “İdlib ətrafında müharibənin yeni mərhələsi başlana bilər və bunun arxasında ABŞ dayanır. Belə bir şəraitdə Türkiyənin mövqeyindən çox şey asılıdır. Əgər Türkiyə ABŞ-la sövdələşməyib prinsipial mövqe tutacaqsa onda çətin ki, Ankara ilə Vaşinqtonun münasibətlərində dönüş yaransın. Mən hesab edirəm ki, tərəflər münasibətlərdəki gərginliyin öhdəsindən gələcəklər. Onu da unutmaq olmaz ki, bu prosesin bir neçə vacib şərti var. Türkiyənin Avroasiya iqtisadi məkanına yaxınlaşma meylləri var. Bu da ABŞ-ı qorxudur və ehtiyyatla davranmağa sövq edir”.

Qeyd edək ki, amerikalı rahib E.Branson ev dustağı edilməsindən sonra ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. (sputnik.az)

İnterpress.az








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208