Uşağına “Harland” adını qoyan ailəyə pul mükafatıbackend

Uşağına “Harland” adını qoyan ailəyə pul mükafatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bu ilin sentyabr ayında dünyaya uşaq gətirəcək ailəni sürpriz gözləyir. KFC markası 9 sentyabrda dünyaya gələcək uşağına KFC markasının qurucusu Harland Sandersin adını qoyacaq amerikalı ailələr arasından şanslı bir ailəyə 11 min dollar pul mükafatı verəcəyini açıqladı.

KFC-nin mükafat miqdarının 11 min dollar olmağının səbəbi isə markanın xüsusi məhsulunun tərkibində 11 ədviyyatın olmasıdır.

9 sentyabr 2018 tarixində doğulacaq uşaqlarına Harland adını qoyan ailələr mükafata sahib olmaq üçün ən gec 9 oktyabra qədər markaya müraciət etməlidirlər. Mükafatı qazanmaq üçün xüsusi bir lotereya və ya çəkiliş olmayacaq. Çünkü mükafat 9 sentyabrda doğulacaq ilk Harland adlı uşağın ailəsinə veriləcək.

Uşağına “Harland” adını qoyan ailəyə pul mükafatı

İnterpress.az