Messi Ronaldunun “Yuventus”a keçməsinə təəccüblənibbackend

Messi Ronaldunun “Yuventus”a keçməsinə təəccüblənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, argentinalı futbolçu təəccübləndiyini gizlətməyib:

“Düzünü desəm, Kriştianunun “Real”ı tərk edəcəyini gözləmirdim. Madridlilər Ronaldunun gedişi ilə çox şey itirdilər. Mən bir çox klubun ona maraq göstərdiyini eşitmişdim, lakin “Yuventus” ən az ehtimal olunan variant kimi görünürdü. Həqiqətən, təəccübləndim, ancaq turinlilərin çox yaxşı komandası var.

Əlbəttə, “Real”da başqa yaxşı oyunçular da var və klub bütün titullar uğrunda mübarizəni davam etdirəcək. Ronaldusuz onlara çətin olacaq, “Yuventus” isə Çempionlar Liqasında aşkar favorit olacaq”.

İnterpress.az