İƏT ölkələri “Gənclər Günü” ilə bağlı mərkəzi tədbiri Bakıda keçirdibackend

İƏT ölkələri “Gənclər Günü” ilə bağlı mərkəzi tədbiri Bakıda keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Konfransının qərarı ilə keçən ildən elan olunmuş 3 sentyabr “İƏT Gənclər Günü” ilə bağlı, dünən Marriott Abşeron otelində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşklatçılığı ilə diplomatik qəbul təşkil edildi.

xəbər verir ki, bayram tədbirində çıxış edən İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov qeyd etdi ki “İƏT Gənclər Günü” 2006-cı il, 3 sentyabrda İstanbulda İƏT Gənclər Forumunun Baş Qərargahının Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyənin o zamankı baş naziri cənab Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə baş tutan açılış mərasimi ilə əlaqədar seçilib. Forumun 2004-cü ildə Azərbaycan Prezidentinin himayəsi altında yarandığını qeyd edən natiq İƏT Gənclər Gününün məhz Forumun fəaliyyətə başlamasına həsr edilməsini ölkəmizin ilk beynəlxalq təşkilat təşəbbüsünə verilən yüksək qiymət kimi dəyərləndirdi. Məhz Prezident İlham Əliyev cənablarının İƏT gəncliyinə verdiyi davamlı dəstək və qayğıya ğörə Azərbaycan Prezidenti bu ilin aprel ayında İƏT Gənclər və İdman nazirləri ilə görüşdə “Gəncliyin Hamisi” fəxri nişanı ilə təltif edilib.

Daha sonra Elşad İskəndərov Forumun təsis olduğu gündən etibarən həyata keçirilən BMT Sivilizasiyaların İttifaqı Qlobal Gənclər Hərəkatı, Xocalıya Ədalət, İƏT Gənc İş Adamları Şəbəkəsi, Beynəlxalq İƏT Modeli Təhsil layihəsi, İƏT Start ap Platforması, İƏT Gənclər Paytaxtı kimi proqramlar haqqında tədbir iştirakçılarını məlumandıraraq Forumun bu ilin oktyabr ayında keçiriləcək Qurultayına İƏT gəncliyi qarşısında üzü ağ halda gedəcəyini vurğuladı.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev, Fələstin səfiri Nasir Abdulkərim, bu ilin aprel ayında Bakıda keçirilən İƏT Gənclər və İdman nazirlərinin 4-cü Konfransında İƏT tarixində ilk dəfə olaraq qəbul edilən Gənclər Strategiyasının Azərbaycan hökumətinin İƏT gənclər siyasətinə verdiyi ən mühüm töhfə adlandıraraq, eyni zamanda Gənclər Forumunun simasında bütün İƏT gəncliyini Gənclər günü münasibətilə təbrik etdiblər.

Bakıda akkreditə olunmuş səfirliklər, beynəlxalq təşkilatların, dövlət qurumlarının rəhbərləri, gənclər təşkilatları və media nümayəndələrinin iştirakıyla keçirilən tədbirdə Forumun xatirə mükafatları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, “Xocalıya Ədalət” Beynəlxalq təşviqat kampaniyası, Trend İnformasiya agentliyi və digər qurumlara təqdim edildi. Tədbir bayram konserti və ziyafətlə davam etdi. (Modern.az)

İnterpress.az