Ronaldu “Yuventus”da məşqə gözünün altı qaralmış vəziyyətdə çıxıbbackend

Ronaldu “Yuventus”da məşqə gözünün altı qaralmış vəziyyətdə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu zədənin A Seriyasının III turunda “Parma” ilə görüş zamanı portuqaliyalı hücumçunun sifətinə dəyən zərbəyə görə baş verdiyi güman olunur.
Komandası həmin qarşılaşmada 2:1 hesabı ilə qalib gəlsə də, Ronaldu yenə qol vura bilməyib. Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş onu Xorvatiya ilə bu gün keçiriləcək yoldaşlıq görüşünə və İtaliya ilə sentyabrın 10-da baş tutacaq Millətlər Liqasının oyununa çağırmayıb. Hazırda 33 yaşlı forvard “Yuventus”da milli komandaların düşərgəsinə yollanmayan futbolçularla birgə məşqlərə qatılır.

Qeyd edək ki, Kriştianu Ronaldu “Yuventus”a iyulda İspaniya “Real Madrid”indən keçib. (report)

İnterpress.az