Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İlham Əliyevin xarici siyasəti dünya üçün modeldir - Azər Verdiyev

Politoloq dövlət başçısının xarici səfərlərini şərh edib.

Dərc edilib: 10 sentyabr 2018 [10:04]
Baxış sayı: 43484

Son iki ay ərzində Prezident İlham Əliyev bir neçə ölkənin rəsmilərini qəbul edib. Eyni zamanda, dövlət başçısı bir neçə ölkəyə rəsmi səfər də edib. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin eləcə də, daxili siyasəti qədər uğurlu inkişaf etməsi dövlət başçısının iradəsindən aslıdır. Son illər Azərbaycanda daxili və xarici siyasətin inkişafına imza atan Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində Azərbaycanda dünyada yenilikləri ilə tanınmağa başlayıb.

Azərbaycanın xarici siyasətinin uğurlarını şərh edən QALİB-in sədri, politoloq Azər Verdiyev rəsmi Bakının reallaşdırdığı xarici siyasət kursunun effektiv model olaraq qəbul olduğunu deyib: "Təkcə son 2 aya baxsaq xarici siyasətimizin necə çoxbucaqlı olduğunu görəcəyik. Merkelin, Yaponiya XİN rəhbərinin, Gürcüstan, Türkiyə baş nazirlərinin və digər strateji siyasətçilərin Bakı səfəri ölkəmizə verilən yüksək önəmdən xəbər verir".

Politoloq bildirib ki, Prezident İlham Əliyevin bütün səfərləri dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır: "Bundan başqa İlham Əliyev Rusiyaya, Qırğızıstana bə Çexiyaya rəsmi səfər etdi. Hər səfər özlüyündə ölkəmiz üçün uğurlu və düşərli oldu. Bu çox mühüm məqamdır. Bu hələ bizim son 2 ayda həyata keçirdiyimiz xarici siyasətdir. Ulu Öndər tərəfindən əsası qoyulan və İlham Əliyev tərəfindən davam etdirilən bu kurs dünyada bir model olaraq qəbul edilir".

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201